AUT.AZ

Olimpiya çempionları “Milyonların şousu”nda

“Milyonların şousu”nun Yeni il və Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş buraxılışında olimpiyaçılar və Azərbaycanın məşhur səhnə adamları bir araya gəlib.

Aut.Az xəbər verir ki, “YAŞAT” Fonduna dəstək üçün yarışan məşhurlar “Milyonların şousu” verilişinin daimi izləyicilərinə maraqlı anlar yaşadıblar.

İlk olaraq yarışan Olimpiya çempionu Fərid Mansurov və Xalq artisti Tünzalə Ağayeva şounun aparıcısı Fatehin suallarını məharətlə cavablandıraraq 8 min manat qazanıblar.

Karateçi, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Fəridə Əliyeva və aparıcı Tural Dadaşov, olimpiya çempionu Nazim Hüseynov və müğənni, 2014-cü il Avroviziya mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova isə ümumilikdə 400 manat məbləğin “YAŞAT” Fonduna ianə edilməsinə nail olublar.

Exit mobile version