AUT.AZ

“Neftçi”nin sabiq baş məşqçisi “Şerif”ə qayıtdı

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin yenidən Moldovada çalışacaq.

Aul.az xəbər verir ki, italiyalı mütəxəssis “Şerif”ə qayıdıb. Bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 58 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2017/2018 mövsümündə isə “Şerif”ə rəhbərlik edib.

Exit mobile version