AUT.AZ

Beyl də getdi – Fürsət vaxtıdır

Uels millisinin hücumçusu Qaret Beyl 33 yaşında peşəkar futbolu tərk etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Beyl sosial şəbəkədə belə yazıb:

“Çox düşündükdən sonra klub və beynəlxalq karyeramı başa vurduğumu elan edirəm. Arzumu reallaşdırdığım və sevdiyim idmanla məşğul olduğum üçün inanılmaz şanslıyam. İndi həyatımda yeni bir səhifəyə gedirəm. Dəyişiklik və yeni sərgüzəştlər üçün”.

Beylin karyerasında sonuncu klubu “Los-Anceles” olub. Futbolçu əvvəllər “Sauthempton”, “Tottenham” və “Real”da  çıxış edib. İspan klubunun tərkibində Beyl 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Exit mobile version