AUT.AZ

26 il həbs cəzası verildi

Molla rejimi iranlı futbolçu Əmir Rza Nəsr Azadanini 26 il müddətinə azadlıqdan məhrum edib.

Aut.az xəbər verir ki, bu barədə məlumatə EFE yayıb. İranda kütləvi etirazlara dəstək verən Azadani üç polisin öldürülməsində iştirakda, həmçinin ictimai təhlükəsizliyi pozmaq üçün sui-qəsddə və qanunsuz qruplaşmalarda iştirakda ittiham olunur.

Ümumilikdə futbolçu 26 il müddətinə azadlıqdan məhrum edilib, lakin cəzaların eyni vaxtda çəkiləcəyinə görə, Azadani 16 il həbsdə qalacaq.

Exit mobile version