AUT.AZ

İstanbul derbisi dünya mətbuatında: “Fənərbağça”nı aşağıladı…”

Türkiyə Super liqasının 18-ci turunda “Qalatasaray”ın Kadıköydə “Fənərbağça”nı 3 cavabsız qolla məğlub etməsi dünya mətbuatında da gündəm olub.

Aut.az xəbər verir ki, İstanbul nəhənglərinin maraqla gözlənilən qarşılaşmasına xarici KİV-lər fərqli formada yanaşıblar.

“Next Bullet” “Fənərbağça”nın baş məşqçisi Jorje Jeşuşun matçın sonunda verdiyi “Məğlubiyyətə görə məsuliyyət daşıyıram” və “Bu hesabı gözləmirdik” açıqlamalarına xüsusi yer ayırıb.

“Qalatasaray”dan “Fənərbaxça” derbisində şənlik” – bu manşet İtaliyanın “Tutto Mercato” nəşrində yayımlanıb. Oyunla bağlı məqalədə derbidə çıxış edən futbolçuların bir qisminin daha əvvəl A seriyasında da mübarizə aparması vurğulanıb. Eyni zamanda, vurulan qollardan 2-nin onların payına düşdüyü qeyd olunub.

“Prima Sport”un manşeti isə sərt alınıb. “Qalatasaray” öz evində “Fənərbağça”nı aşağıladı” – deyə bu oyunla bağlı yazının başlığında qeyd olunub.

“beIN Sports”un ABŞ hesabında yer alan məqalədə isə “Qalatasaray”ın liderliyini davam etdirdiyi vurğulanıb:

“Qıtələrarası derbidə “Fənərbaxça”nı alt-üst edən “Qalatasaray” Super Liqada liderliyini möhkəmləndirdi”.

Portuqaliyanın “A Bola” qəzetində nəşr edilən yazıda isə portuqaliyalıların duelinə yer verilib. Təsadüfi deyil ki, matçla bağlı məqalə “Serxio Oliveyra İstanbul derbisində Jorje Jesusu yıxdı” başlığı ilə yayımlanıb.

“News Rebeat”dakı yazıda isə “Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi haqqında xoş ifadələr işlədilib. Derbidəki qələbədə argentinalı hücumçunun performansının böyük rol oynadığı qeyd edilib:

“Klassik türk derbisində Mauro İkardi 15 dəqiqə ərzində şou göstərdi. Məhsuldar ötürmə etdi, baxımlı qol vurdu və hesaba alınmayan mübahisəli qol epizoduyla yadda qaldı.”

“Polskie Radio”da isə “Qalatasaray”ın liderliyini möhkəmlətməsi xüsusilə vurğulanıb:

“Aslanlar” İstanbul derbisində növbəti dəfə rəqibini üstəməklə yanaşı, liderliklərini daha da möhkəmlətdilər”.

İspaniyanın “Infobae” nəşri derbi ilə bağlı səhifəsində Mauro İkardinin qol sevincinə xüsusi yer ayırıb. Bildirilib ki, hücumçu, həmyerlisi Lionel Messini təqlid edib. Qeyd olunub ki, İkardi Messinin, “Barselona”da çıxış edən zaman “Real”a vurduğu qoldan sonrakı sevincini İstanbul derbisində təkrarlayıb.

Exit mobile version