AUT.AZ

Fransadan Almaniyaya

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubundan Yere Uroneni transfer edib. Bu barədə Gelzenkilxem təmsilçisininin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı cinah müdafiəçisi 1 il ərzində icarə əsasında “Şalke”də çıxış edəcək.

Qeyd edək ki, Yere Uronen “Brest”ə 2016-cı ilin yanvarında “Genk”dən transfer olunub. Finlandiyalı futbolçu cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Exit mobile version