AUT.AZ

Yeməkxanada mətbuat konfransı

“Betis”in baş məşqçisi Manuel Pelleqrini jurnalistlərə qeyri-adi yerdə danışıb.

“Betis” Kral Kubokunun 1/16 finalında “İbitsa İslas Pitiusas”ı 4:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, oyundan sonra ev sahibi klubun yeməkxanasında “Betis”in baş məşqçisi Manuel Pelleqrininin mətbuat konfransı keçirilib.

Məsələ burasındadır ki, oyun cəmi min nəfərin yerləşə biləcəyi stadionda keçirilib və arenada mətbuat konfransı keçirmək üçün münasib şərait olmayıb.

Aut.az

 

 

 

Exit mobile version