AUT.AZ

 “Qarabağ” 10 milyonluq futbolçu ilə anlaşdı – 3 illik müqavilə

Qarabağ ”Adama Diakabinin transferində yekun nöqtəni qoyub.

Ağdam klubunun Antalyadakı düşərgəsində yer alan fransalı legionerlə müqavilə şərtlərində ortaq məxrəcə gəlinib.

Aut.az xəbər verir ki, Azərbaycan çempionu 26 yaşlı vingerlə ən qısa zamanda 3 illik kontrakta imza atacaq.

5 milyon avro qarşılığında “Krasnodar”a satılan Kadi Borgesin yerini doldurmalı olan Adama həm yarımmüdafiənin mərkəzində, həm də sağ cinahda oynamaq bacarığı ilə seçilir.

Seneqal kökənli Diakabi hazırda azad agent status daşıyır.

Ayaççoda doğulan “Kan”ın yetirməsi, peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb.

O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. 1 il sonra “knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı olub.

İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə verib.

Exit mobile version