AUT.AZ

Oyundan əvvəl marixuana qəbul etdilər – Qovuldular

Misirin  “Zəmələk” klubunun 2 futbolçusu qovulub.

Aut.az xəbər verir ki, onlar oyundan əvvəl marixuana istifadə etdikləri üçün qovulublar.

Müdafiəçilər Əhməd Fetuh və Abdulla Qomaa “Əl Dahlea” ilə oyundan əvvəl Covid simptomları səbəbiylə heyətdən çıxarılıb.

Lakin matçdan bir neçə saat sonra “Zəmələk” prezidenti Mortada Mansur bildirib ki, futbolçuların kənarda qalmasının səbəbi onların marixuananın təsiri altında olmasıdır.

“Onlar kluba hörmətsizlik etdilər”, – Mansur deyib.

Klub prezidenti bu hadisədən sonra hər iki futbolçunun komandadan ayrılacağını bildirib.

Aut.az

Exit mobile version