AUT.AZ

“Neftçi”nin sabiq baş məşqçisi 18 milyon uduzdu

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela kazinoda 18 milyon avro pul uduzub.

Aut.az xəbər verir ki, bu barədə çexiyalı mütəxəssisin özü məlumat verib. O, qumara aludəçiliyi səbəbindən klinikada müalicə olunur:

“Bəli, mən hesabladım ki, “ruletka”da nə qədər uduzmuşam. Bu, ağlasığmaz rəqəmlərdir. Hamısını üst-üstə gəlsək, hardasa yarım milyard Çexiya kronu (təxminən 18 milyon avro ) edir. Xəstəxanaya müraciət etməmişdən əvvəlki ay mənim üçün çox kritik idi. Kazinoya çox aludə olmuşdum, qalan hər şey mənim üçün maraqsız idi. Bilmirdim ki, nə edim, ona görə də həkimlərə üz tutdum. İndi özümü yaxşı hiss edirəm, ümid edirəm ki, tam sağalacam”.

Qeyd edək ki, Petrjela 2007/08 mövsümündə “Neftçi”ni çalışdırıb.

Exit mobile version