AUT.AZ

İnqilab olacaq – Yeni “Bosman qanunu” qəbul edilir

“Barselona”nın prezidenti Joan Laporta Avropa futbolunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az “Cadena Ser”a istinadən xəbər verir ki, Laporta Superliqa ideyasının reallaşacağını bildirib. O, bunun üçün konkret tarix də göstərib:

“Yazda Superliqa ilə bağlı qərar veriləcək ki, bu da klublar üçün “Bosman qanunu” anlamını verəcək. Qapalı müsabiqə olsaydı, bu layihədə iştirak etməyə razı olmazdım. Superliqaya “Real” , “Yuventus” və digər klublar qoşulub.

Dəyişdirmək istədiyimiz yeganə şey idarəetmə modelidir. O, klublara məxsus olmalıdır, qoy UEFA başqa tərəf kimi danışıqlar masasına otursun.

 

Qərar müsbət olarsa, o zaman Superliqa 2025-ci ildə reallığa çevrilə bilər. Əks halda, qərardan asılı olaraq digər addımları atacağıq. Superliqa ilə nəyə nail oluna biləcəyini qələbənin dərəcəsi müəyyən edəcək.

Premyer Liqa ilə rəqabət aparacaq bir Avropa yarışı təşkil edəcəyik. Biz İngiltərə klublarının Superliqaya qatılmasını istəyirik, amma ilk mərhələdə bunu edəcəklərini düşünmürük. Mən ölkə çempionatlarının tərəfdarıyam, amma şəxsi fikrimcə, ikinci mərhələdə Premyer Liqa ilə Superliqanın birləşməsi olacaq.

La Liqanın prezidenti Xavyer Tebasla şəxsi münasibətim yaxşıdır, lakin o, “Barselona” kimi klubları cəzalandırmaqdansa,  futbol televiziyasının itirdiyi 1,5 milyon tamaşaçının geri qayıtması üçün çalışmalıdır.

La Liqa qanunverici, hakim və icraçı kimi çıxış edir. O, hakimiyyətin üç qolunu birləşdirir – bu, olmamalıdır. La Liqa qaydaları dəyişdi, çünki bizim maliyyə “feyr-pley” baxışımız onlardan fərqlidir.

Aut.az

 

Exit mobile version