AUT.AZ

FİFA-dan futbol adına inqilabi qərarlar

FİFA futboldakı transfer fəaliyyətlərində ciddi dəyişikliklərə səbəb olacaq yeni qərarlar açıqlayıb.

Aut.az xəbər verir ki, klubları, futbolçuları və futbol agentlərini əhatə edən yeni qanunlar yanvarın 9-dan qüvvəyə minəcək.

Layihədə diqqəti cəlb edən əsas dəyişiklik futbolçulara birdən artıq futbol agenti ilə işləməyin qadağan edilməsidir. Bundan başqa, yalnız lisenziyası olan menecerlərə oyunçuları təmsil etmək hüququ veriləcək. Həmçinin agentlərin alacağı ən yüksək məbləğ də müəyyən ediləcək.

FİFA agenti qaydalarına əsasən tətbiq olunacaq yeniliklər:

– minimum peşə və etika standartlarının tətbiqi;
– məcburi lisenziyalaşdırma sistemi;
– mübahisələrin pulsuz həlli;
– eyni menecerin (agent) eyni əməliyyat üzrə müxtəlif tərəfləri təmsil etməsinə qadağa;
– menecerlərə ödəniləcək xidmət haqqına limitin tətbiqi.

Exit mobile version