AUT.AZ

UEFA-da seçki – Qalib indidən məlumdur

UEFA prezidentliyinə namizəd müəyyənləşib.

Aut.az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, hazırkı rəhbər Aleksander Çeferin növbəti seçkilərdə yeganə namizəd olacaq. Bu o deməkdir ki, 55 yaşlı sloveniyalı funksioner avtomatik olaraq UEFA-nın prezidenti seçiləcək.

Formal xarakter daşıyan seçki aprelin 5-də keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabondakı Konqres çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA prezidentidir.

Exit mobile version