AUT.AZ

“Qalatasaray” onunla danışıqlara başladı

Mövsümün sonunda “Yuventus”dan ayrılacağı gözlənilən Aleks Sandro karyerasını Türkiyədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Qalatasaray” 31 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İstanbul klubu Braziliya millisinin üzvünü yayda azad agent statusu ilə heyətinə qatmaq istəyir. “Qalatasaray” Aleksin meneceri ilə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, Sandro 2015-ci ildə 28 milyon avro qarşılığında “Yuventus”a keçib.

Exit mobile version