AUT.AZ

Polşalılar Kadidən imtina etdilər

“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borgesin bu addımı Polşada narazılığa səbəb olub.

Aut.az xəbər verir ki, “Meczyki” saytında dərc olunan yazıda futbolçunun mövcud siyasi vəziyyətə rəğmən Rusiya çempionatını seçməsinin, onun Polşa millisində oynamasına əngəl olacaq.

“O, Polşada oynamaq istəyirdi, Rusiyaya getdi. Cənab Malinovski milliyə gedən yolunu bağladı” başlıqlı yazıda Kadinin Polşa millisində oynamaq istədiyi xatırladılıb. Qeyd edilib ki, bir müddət əvvəl Kadiyə Polşa pasportunun verilməsi ilə əlaqədar hüquqi işlərə də başlanılmışdı. “Amma indi vəziyyət dəyişib. Görünən budur ki, 26 yaşlı futbolçuya Polşa millisinin qapısı birdəfəlik bağlandı. Bunun səbəbi isə onun Rusiyada oynamaq qərarı verməsidir” – deyə müəllif bildirib.

Bu il Moskva “Spartak”ı ilə müqavilə bağladığı üçün Polşa millisinin 33 yaşlı futbolçusu Matsey Rıbus komandadan kənarlaşdırılıb.

Exit mobile version