AUT.AZ

O qayıdır?

İki çəki dərəcəsində UFC çempionu olan Konor Makqreqor karyerası ilə bağlı yeni qərar qəbul edib.

Aut.az xəbər verir ki, irlandiyalı döyüşçü oktaqona qayıdıb. O, bu barədə sosial şəbəkə hesablarında yeni paylaşım edib.

“Geri qayıtdıqdan sonra kimisə yumruqlayacağam. Kim olacağı mənə maraqlı deyil. İndi hamı növbədədir!” – deyə Makqreqor bildirib.

Əslində, bu, ötən il dekabrında UFC-nin yenilənmiş reytinq cədvəlindən sonra ictimaiyyətə məlum idi. Çünki onun adı gözlənilmədən siyahıya daxil edilmişdi. Sadəcə döyüşçü bu barədə rəsmi açıqlama verməmişdi.

Qeyd edək ki, Konor Makqreqor karyerası ərzində ümumilikdə 28 döyüş keçirib. O, bunlardan 22-də qələbə qazanıb. 6 görüşdə isə oktaqonu məğlubiyyətlə tərk edib. O, sonuncu dəfə 2021-ci ilin yayında Dastin Porye ilə döyüşüb və uduzub.

Exit mobile version