AUT.AZ

“Neftçi”nin “transfer oyunu” – Zədəli futbolçunu alırlar?

Təbrizin “Traktor” klubunun baş direktoru Eyub Behtadj futbolçuları Höccət Haqverdinin “Neftçi”yə keçəcəyinə dair məlumatlara münasibət bildirib.

Aut.az xəbər verir ki, klub rəsmisi bu haqda İranın “Khabarvarzeshi” nəşrinə danışıb. Behtadj müdafiəçinin klubdan ayrıldığını təsdiqləyib. Bildirib ki, futbolçu klub qarşısında öhdəliklərini yerinə yetirməyib:

“O, Azərbaycan millisinin düşərgəsində olduğundan “Traktor”un Türkiyədəki təlim-məşq toplanışında iştirak etmədi. Təbrizə qayıtdıqdan sonra isə bildirdi ki, zədə alıb. Höccət klubun müşahidəsi altında müalicə olundu, yekunda isə zədəsini sağalda bilmədi”.

“Traktor”un yeni baş məşqçisi Pako Xemez gəldikdən sonra Haqverdiyə məşqlərdə iştirak şansı verməyib. “Ona görə də oyunçununun klubdan getməsi 100 faiz idi” – deyə klub rəsmisi bildirib.

Maraq üçün qeyd edək ki, Azərbaycan yığması son oyunlarını noyabrın 16-da və 20-də keçriib. Höccət Moldova ilə ilk qarşılaşmada 90 dəqiqə meydanda olubsa, 4 gün sonra Şimali Makedoniya ilə baş tutan görüşün 75-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

Höccət Haqverdinin qış transfer pəncərəsi dövründə “Neftçi”yə keçdiyinə dair xəbərlər yayılsa da, klub onun transferi ilə bağlı rəsmi açıqlama verməyib.

Exit mobile version