AUT.AZ

İl, başlayan kimi bitdi

“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Donni van de Beek sıradan çıxıb. Premyer Liqanın “Bornmut”la matçında dizindən zədələnən niderlandlı futbolçunun durumu ciddidir.

2023-də ilk matçına çıxan van de Beekim duruçu olduqca ağırdır. Həkimlərin rəyinə görə, 25 yaşlı futbolçu 1 il yaşıl meydanlardan uzaq qala bilər. Niderland millisinin üzvünün 2024-cü ildən tez meydanlara dönəcəyinə inam yoxdur.

Bu, onun mövsümdəki ilk zədəsi deyil. Sentyabrda ayyarımlıq sıradan çıxaraq komandasına kömək edə bilməmişdi

Qeyd edək ki, “Mançester Yunayted” Donni van de Beeki 2019-cu ilin yayında “Ayaks”dan transfer edib. Niderland millisinin üzvü cari mövsümdə 10 oyunda meydana çıxıb.

 

Exit mobile version