AUT.AZ

Cinsi qısnama olub? – Allaha and içdi ki…

“Pumas”ın braziliyalı müdafiəçisi Dani Alves cinsi qısnamada ittiham olunmasına münasibət bildirib.

Aut.az  xəbər verir ki, Alves İspaniyanın “Antena 3” telekanalında ittihamları rədd edib:

“Mən bütün bu məlumatları təkzib etmək istərdim. Bəli, orada (Barselonada gecə klubunda) başqa insanlarla əylənirdim. Məni tanıyan hər kəs rəqs etməyi sevdiyimi təsdiq edəcək. Başqalarına mane olmadan rəqs etdim və əyləndim.

Bu qadının kim olduğunu bilmirəm. Tualetə gedəndə “kim var” sualını vermirsən. Mən heç vaxt kiminsə bədəninə toxunmamışam. Bu hərəkəti o qadına qarşı etmişəm? Vallah, yox. Mənə yaxın insanlar bu uydurmadan əziyyət çəkirlər. Onlar mənim, həqiqətən kim olduğumu bilirlər”.

Bir qadın dekabrın 30-da Barselonada gecə klubunda 39 yaşlı futbolçu tərəfindən təcavüzə məruz qaldığını iddia edir. O, polisə gedib və bildirib ki, guya Alves əlini alt paltarının altına qoyub.

Exit mobile version