AUT.AZ

Avropa çempionatının təsnifat turniri Bakıda

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.

Yığmamız ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti görüş 2 gün sonra Böyük Britaniya millisi ilə olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşmanın başlama saatı 15:00-dır.

Exit mobile version