AUT.AZ

İtaliya futbolu yasda – Əfsanə vəfat etdi

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Aut.az xəbər verir ki, o, bu gün səhər 58 yaşında dünyasını dəyişib. Vialli 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi. Vialli ömrünün son günlərini xəstəxanada keçirmişdi.

Canluka futbolçu karyerası ərzində “Sampdoriya”, “Yuventus”, “Çelsi” və “Kremoneze”də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya ilə AVRO-2020-nin qalibi olub. Futbolçu olaraq isə AVRO-1988-də və DÇ-1990-da bürünc medal qazanıb.

Exit mobile version