AUT.AZ

20-ci dəfə dünya çempionu oldular

Hokkey üzrə gənclər arasında dünya çempionatının final görüşü keçirilib.

Aut.Az xəbər verir ki, Kanadanın Halifaks şəhərində təşkil olunan mundialın həlledici qarşılaşmasında ev sahibləri Çexiya yığması ilə qarşılaşıb.

Matç kanadalıların əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, kanadalıların ardıcıl ikinci, ümumilikdə 20-ci çempionluğu olub. Onlar ötənilki yarışın final oyununda Finlandiya yığmasını məğlub edib.

Exit mobile version