AUT.AZ

Messi üçün daha bir mükafat

Argentina millisinin və PSJ klubunun futbolçusu Lionel Messi daha bir mükafata layiq görülüb.

Aut.az xəbər verir ki, 36 yaşlı hücumçu bu dəfə 2022-ci ilin ən yaxşı idmançısı seçilib. O, “L’Équipe” nəşrinin apardığı səsvermədə bütün rəqiblərini qabaqlayıb. Dünya çempionu 808 səs toplayaraq, bu nominasiyada qalib olub.

İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.

Exit mobile version