AUT.AZ

Ərəblərdən ilk tələbi – Onu transfer edin

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçən Kriştiano Ronaldo rəhbərlikdən transfer istəyib.

Aut.az xəbər verir ki, 37 yaşlı hücumçu “Real”da və Portuqaliya millisində komanda yoldaşı olmuş Pepeni yanına gətirmək istəyir. Ronaldonun tələbindən sonra “Əl Nəsr” 39 yaşlı müdafiəçini transfer siyahısına daxil edib.

Qeyd edək ki, Pepe 2019-cu ilin yayından “Portu”da çıxış edir. Təcrübəli oyunçunun Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Exit mobile version