AUT.AZ

Yarım milyon təklif ediblər ki, oyun satsın

“Mançester Yunayted”in keçmiş futbolçusu Andrey Kançelskis diqqətçəkən etiraf edib.

Aut.az xəbər verir ki, Andrey oyun satmaq üçün ona pul təklif edildiyini bildirib. Hadisə 2007-ci ildə baş verib.

Həmin vaxt Kançelskis “Nosta” klubunun direktoru vəzifəsində çalışıb. Andrey “Matchtv.ru-ya” açıqlamasında bildirib ki, oyunu vermək üçün ona 500 min dollar təklif edilib.

Amma o, sonradan bütün ölkənin bundan xəbər tutacağından qorxaraq, təklifdən imtina edib.

Exit mobile version