AUT.AZ

Təqdimatına 40 mindən çox azarkeş gəldi

“Qremio” yeni transferi Luis Suaresi ictimaiyyətə təqdim edib.

Aut.az xəbər verir ki, tədbir klubun ev oyunlarını keçirdiyi “Qremio Arena”da baş tutub. Təqdimata 40 mindən çox azarkeş gəlib.

Suares mərasimdə bunları söyləyib:

“Qərar vermək mənim üçün asan oldu. Burada futbolu sevirlər. Oynayacam, qollar vuracam və çalışacam ki, titullar qazanım, “Qremio”nu aid olduğu yerlərə yüksəldim”.

Daha əvvəl “Barselona”, “Atletiko”, “Liverpul” kimi klublarda çıxış edən Suares Braziliyə təmsilçisi ilə müddəti 2024-cü ilin sonuna qədər olan müqavilə imzalayıb.

Exit mobile version