AUT.AZ

“Qəbələ”nin sabiq futbolçusu Karpinlə şam yeməyinə görə üzr istədi

Estoniya millisinin futbolçuları Konstantin Vasiliev və Sergey Zenyov, həmçinin komandanın baş məşqçisi Andres Oper Rusiya yığmasının baş məşqçisi Valeri Karpinlə birgə şam yeməyinə görə üzr istəyiblər.

Onların məsələ ilə bağlı yaydıqları bəyanatda deyilir:

“Fotonun sosial şəbəkədə yayılması ilə hisslərinə toxunduğumuz insanlardan üzr istəyirik. Bizim söhbətimiz ancaq futbolla bağlı idi”.

Yığma üzvlərinin Valeri Karpinlə birgə şam yeməyi Estoniyanın mədəniyyət naziri və milli komandanın azarkeşlər assosiasiyası tərəfindən tənqid edilib.

Qeyd edək ki, fotonu Estoniya millisinin sabiq futbolçusu Andrey Stepanov sosial şəbəkələrdə yayımlayıb.

Karpinin Estoniyanın Narva şəhərində anadan olduğu məlumdur. “Vikipediya” məlumatına görə, onun Rusiya vətəndaşlığı ilə yanaşı, Estoniya və İspaniya vətəndaşlığı da var.

 

Exit mobile version