AUT.AZ

Millidə yeni baş məşqçi

Bosniya və Herseqovina milli komandasında baş məşqçi təyinatı gerçəkləşib.

Aut.az xəbər verir ki, yığmanın sükanı Faruk Hacibeqiçə tapşırılıb. Bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Hacibeqiç son olaraq Əlcəzair millisində çalışıb. O, Bosniya və Herseqovina yığmasında İvalya Petevi əvəz edib.

Exit mobile version