AUT.AZ

Mahir Emrelinin komanda yoldaşı Premyer Liqa klubunda

“Dinamo”nun (Zaqreb) hücumçusu Mislav Orşiç artıq “Sauthempton”un oyunçusudur.

Aut.Az xəbər verir ki, məlumatı “Germanijak.hr” yayıb.

 

Beş milyon avroluq təklifi zaqreblilər tərəfindən rədd edildiyi üçün danışıqlar bir neçə gün yubansa da, sonda Premyer Liqa təmsilçisi Xorvatiya çempionu ilə razılığa gəlib. “Dinamo” hücumçusunun keçidindən 8 milyon qazanacaq. Daha doğrusu, Xorvatiya millisinin üzvünün transfer məbləği 6,5 milyon avrodur. Onun keçid məbləği bonuslarla 8 milyona yüksələcək.

Mislav Orşiç hazırda yeni klubunda tibbi müayinədən keçir və tezliklə keçidi rəsmən elan ediləcək.

Beləliklə, “Dinamo”da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli əsas heyətdə daha çox oynamaq fürsəti əldə edəcək.

Exit mobile version