AUT.AZ

“Krasnodar” Kadinin transferi ilə bağlı detalları açıqladı

“Krasnodar” klubu “Qarabağ”dan Kadi Borqesi transfer etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununa kimi müqavilə imzalanacaq. Kadinin Dubayda keçiriləcək təlim-məşq toplanışında komandaya qoşulacağı vurğulanıb.

Ancaq transferə görə “Qarabağ”a ödənilən məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Kadi “Qarabağ” formasıyla bu mövsüm 31 oyuna 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi, elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Exit mobile version