AUT.AZ

Bu da dələduzluq edirmiş

“Roma” klubunun əfsanəsi Françesko Totti tezliklə məhkəmə qarşısına çıxacaq.

Aut.az xəbər verir ki, o, çirkli pulların yuyulmasında şübhəli bilinir. Bu barədə “La Gazette dello Sport” məlumat yayıb. 46 yaşlı keçmiş futbolçu artıq cinayət məsuliyyətinə cəlb edilib.

Totti çirkli pulların yuyulması, şübhəli maliyyə əməliyyatlarında və bukmeker kontorları ilə qeyri-rəsmi münasibətlərdə şübhəli bilinir. Ona məxsus iki bank hesabının Monako, London və Las-Veqasdakı kazinolarla şübhəli əməliyyatlar apardığı da iddia edilir.

Qeyd edək ki, Françesko Totti 2017-ci ildə futbolçu karyerasını başa vurub.

Exit mobile version