AUT.AZ

Baş məşqçisi 30 il əvvəlki davranışına görə sorğulanacaq

ABŞ millisinin baş məşqçisi Qreq Berhalter məişət zorakılığında ittiham olunur.

Aut.Az xəbər verir ki, məlumatı “P-Sport” yayıb.

 

O, 1991-ci ildə indiki həyat yoldaşını vurduğunu etiraf edib. Berhalter bunu etiraf etməyə məcbur olub. Belə ki, naməlum şəxs ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayaraq məşqçinin karyerasını məhv edə biləcək məlumatlara malik olduğunu deyib.

Federasiya araşdırma aparacaq.

Berhalter ABŞ yığmasını 2026-cı il dünya çempionatına evdə hazırlayır. 49 yaşlı məşqçi 2018-ci ildən ABŞ millisini çalışdırır. O, futbolçu kimi milli komandada 44 oyuna çıxıb.

Exit mobile version