AUT.AZ

“Xəyanət etmişəm” deyən sevgilisini öldürdü

Qarışıq döyüş növləri üzrə sabiq UFC döyüşçüsü, amerikalı Fil Baroni sevgilisini öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Aut.az “Tribuna de la Bahia”ya istinadən xəbər verir ki, Fil Meksikada həbs edilib.

Hadisə bazar günü San-Panço şəhərində (Meksika) oteldə baş verib. Baroni polisə bildirib ki, sevgilisi Paola huşsuz vəziyyətdədir. Hadisə yerinə gələn polis əməkdaşları üzərinə çarşab örtülmüş qadın tapıblar. O, çarpayıda heç bir həyat əlaməti olmadan çılpaq olub. Polis onun üzündə və bədənində çoxsaylı döyülmə izləri, qançırlar qeydə alıb.

Protokolda Baroninin spirtli içki və narkotikin təsiri altında olduğu bildirilir. İlkin məlumata görə, MMA döyüşçüsü başqa kişi ilə cinsi əlaqədə olduğunu etiraf edən qızla mübahisə etməyə başlayıb. O, duşda ona bir neçə dəfə zərbə endirib, daha sonra onu çarpayıya aparıb, bundan sonra qadın ölüb.

Baroninin 46 yaşı var. O, UFC və Bellator da daxil olmaqla müxtəlif döyüş təşkilatlarının turnirlərində iştirak edib. Qarışıq döyüş növləri üzrə peşəkar karyerası ərzində 16 qələbə qazanıb, 19 məğlubiyyətlə üzləşib. Son döyüş 2019-cu ildə olub.

Exit mobile version