AUT.AZ

“Qarabağ”a sadiq olduğunu sübut edən FOTO paylaşdı

“Qarabağ”ın bir neçə futbolçusuna Avropadan təkliflər gəldiyi haqda məlumat vermişdik. Artıq Kadinin “Krasnodar”a keçdiyi rəsmən elan olunub.

Aut.az xəbər verir ki, Avropadan cəlbedici təkliflər alan Marko Veşoviç isə Azərbaycanda qalmağa üstünlük verib. Çernoqoriyalı futbolçu Xorvatiyanın “Dinamo” (Zaqreb) və Serbiyanın “Srvena Zvezda” klublarından gələn cazibədar dəvətlərə “yox” cavabı verib.

O, daha 2 il “Qarabağ” formasını geyinəcək. Veşoviç “Qarabağ”a sadiq olduğunu, gələn təklifləri rədd etdiyini sosial şəbəkədə paylaşdığı foto ilə ictimailəşdirib.

O, üzərində “iki cazibədar təklifə “yox” dedi” yazılmış fotonu paylaşmaqla “Qarabağ”da qaldığını təsdiq edib.

Exit mobile version