AUT.AZ

“Nyukasl”dan Ronaldo xəbərinə reaksiya: “Planlarımıza…”

Ötən gün Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi barədə maraqlı məlumat yayılmışdı.

Aut.az xəbər verir ki, “Marka” “Nyukasl”ın UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ulduz futbolçunun icarə əsasında bu kluba keçəcəyini iddia etmişdi. İspaniya nəşri buna səbəb kimi hər iki klubun eyni şirkətə məxsus olmasını göstərmişdi.

“Sağsağanlar”ın baş məşqçisi Edi Hau yayılan informasiyaya münasibət bilidirib. O, Ronaldo ilə bağlı xəbəri qısa açıqlama ilə təkzib edib:

“Kriştianoya Səudiyyə Ərəbistanındakı fəaliyyətində uğurlar arzu edirik. Lakin o, bizim planlarımıza daxil deyil. Ona görə də bu doğru məlumat deyil”.

Qeyd edək ki, Kriştianu Ronaldo “Əl-Nəsr”lə ötən gün dəyəri 500 milyon avrodan çox, müddəti isə 2025-ci ilə qədər olan müqavilə imzalayıb.

Exit mobile version