AUT.AZ

“Neftçi” Təbrizdən futbolçu gətirir

“Neftçi” klubu qış transfer pəncərəsi dövründə ilk transferini reallaşdırmaq üzrədir.

Aut.az xəbər verir ki, “ağ-qaralar” milli komandamızın üzvü Höccət Haqverdini transfer edir. 29 yaşlı müdafiəçi ilə danışıqlar artıq başa çatıb. O, yaxın müddətdə Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsinə qoşulacaq.

Tərəflər arasında anlaşma məhz Türkiyədə imzalanacaq. Müqavilənin müddəti 1,5+1 illik olacaq. Futbolçunun “Neftçi”dəki qazancı da məlumdur. O, hər ay 20 min dollar maaş alacaq.

Milliləşdirilmiş futbolçu son olaraq Təbrizin “Traktor” klubunda icarə əsində çıxış edib. Müqavilə ilə “Sumqayıt”a məxsusdur. Bu səbəbdən “Neftçi” “kimyaçılar”a 100 min dollar ödəyəcək.

Exit mobile version