AUT.AZ

Karyerasını bərpa edir

“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa etmək ərəfəsindədir.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı sahibi olduğu “Andorra” klubunda oynamaq istəyir.

Mənbənin sözlərinə görə, “Andorra”nın çıxış etdiyi İspaniya çempionatının ikinci divizionunun maliyyə qaydaları Pikenin karyerasını bərpa etməyə mane ola bilər. Qeyd edək ki, hazırda klub İspaniya ikinci divizionunda turnir cədvəlində 10-cu yeri tutur.

Xatırladaq ki, 35 yaşlı Pike 2022-ci ilin payızında karyerasını bitirdiyini elan edib. Onun son oyunu İspaniya La Liqasında “Osasuna” ilə görüş olub.

Exit mobile version