AUT.AZ

İngiltərəyə qaytarırlar

Mərkəz hücumçusu mövqeyinə axtarışı davam etdirən “Mançester Yunayted”in əsas hədəfi bəlli olub.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” 36 yaşlı Olivye Jiru ilə maraqlanır. Bu barədə “Foot Mercato” məlumat yayıb.

Fransalı hücumçunun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatır. “Qırmızı-qaralar” hələ ki, Olivye ilə yeni müqavilə imzalamağa tələsmir.

“Mançester Yunayted” isə onu mövsümün sonuna qədər icarəyə götürmək, yayda isə birdəfəlik keçidinə nail olmaq istəyir. 36 yaşlı futbolçunun DÇ-2022-dəki çıxışı Erik ten Haaqı razı salıb. Ona görə də təcrübəli forvardı komandasında görmək niyyətindədir.

Qeyd edək ki, Jiru Qətərdəki mundialda mümkün 7 oyundan 6-da iştirak edib və 4 qol vurub.

Exit mobile version