AUT.AZ

Arda üçün İstanbula gəldilər, amma…

“Fənərbağça” klubunın gənc futbolçusu Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi üçün Premyer Liqa təmsilçisi “Lester” hərəkətə keçib.

Türkiyə milli komandasına da dəvət olunan futbolçu üçün ingilislər İstanbula gələrək “Fənərbağça” rəsmiləri ilə də görüşüb. Lakin danışıqların ilk mərhələsində tərəflər heç cür ortaq məxrəcə gələ bilməyiblər. İlk cəhdi uğursuz olan “tülkülər” transfer danışıqlarını davam etdirmək niyyəntindədirlər.

Qeyd edək ki, Arda Gülər bu mövsüm 13 oyunda 3 qol və 1 məhsuldar ötürmə edib.

Exit mobile version