AUT.AZ

Pinqvinlə şəkil çəkdirdi, aləm qarışdı

İtaliya futbolunun əfsanələrindən olan Alessandro Del Piero Dubayda istirahət edərkən kral pinqvinlə şəkil çəkdirib.

Aut.az xəbər verir ki, foto sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəzi azarkeşlər “Yuventus”un keçmiş hücumçusunu dəstəkləsə də, digərləri onun bu hərəkətini pisləyib.

“Yuventus”un keçmiş hücumçusunun abunəçiləri “pinqvinlərə qətiyyən toxunmaq olmaz” yazaraq, irad bildiriblər.

Bir insanla təmasdan sonra onun qoxusunun quşda qalacağı deyilir. Buna görə də sürü pinqvindən imtina edə bilər. Bu halda tək qalan quş ölür. “Toxunma” qadağası əksər vəhşi heyvanlara, xüsusən də onların balalarına aiddir.

Onu da qeyd edək ki, ölkələr arasında Antarktida ilə bağlı razılaşmaya əsasən, pinqvinlərə qətiyyən toxunmaq və onlara yaxınlaşmaq olmaz.

Quruda Beynəlxalq Antarktika Turoperatorları Assosiasiyasının qaydalarına əsasən, kamera linzaları və ya digər avadanlıqlar daxil olmaqla, pinqvinlərə və suitilərə beş metrdən az məsafədə yaxınlaşmağa icazə verilmir.

Exit mobile version