AUT.AZ

Dəbdəbəli malikanə, təyyarə və… – müqavilənin detalları

Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin bəzi detalları məlum olub.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, sponsorluq və kommersiya müqavilələri ilə illik 200 milyon dollara çata biləcək gəlirlə yanaşı, Səudiyyə klubu portuqaliyalıya bir sıra imtiyazlar da verəcək.

37 yaşlı futbolçunun müqaviləsinə dəbdəbəli malikanədə yerləşmə, Portuqaliya və İspaniyaya uçuşlar üçün təyyarə, həmçinin Ronaldo və ailəsinin bütün ehtiyaclarına diqqətin artırılması daxildir.

Daha əvvəl məlumat yayılmışdı ki, Kriştiano “Əl-Nəsr”də məşqçini dəyişmək hüququna malik olacaq.

Exit mobile version