AUT.AZ

Bu il də pivə satışı olmaycaq

2023-cü ildə də Rusiya stadionlarında pivə satılmasına icazə verilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Sport-Ekspress” nəşri yayıb. Nəşrin məlumatına görə, idman obyektlərində pivə satışına 2005-ci ildən tətbiq edilən qadağa bu il də qüvvədə qalacaq.

May ayında Moskva hökuməti eksperiment olaraq, müvafiq lisenziya ilə dekabrın 31-dək muzeylərdə, konsert salonlarında və idman obyektlərində iaşə xidmətlərinin göstərilməsində 16,5%-ə qədər olan spirtli içkilərin satışına icazə verib.

Hökumətin pivə satışına qadağanı aradan qaldırmaması fanatlarla yanaşı, spirtli içki istehsalçılarını da narazı salıb.

Exit mobile version