AUT.AZ

Ronaldo biabır oldu: Karyeramı Cənubi Afrikada davam etdirməyim…

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Kriştiano  Ronaldo təqdimat mərasimində çıxış edərkən biabır olub.

Aut.az xəbər verir ki, Ronaldo çıxış edərkən çaşıb. Məlum olub ki, portuqal futbolçu hansı ölkəyə gəldiyini bilmir:

“Karyeramı Cənubi Afrikada davam etdirməyim mənim üçün qorxulu deyil. Bu mövzuda insanların rəyi məni maraqlandırmır”.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Portuqaliyalının ərəblərlə müqaviləsində “Nyukasl” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, bu kluba gedə biləcəyilə bağlı  bəndin olduğu da bildirilir.

Exit mobile version