AUT.AZ

Əyləncəyə icazə ala bilir, amma dəfnə…

PSJ-in futbolçusu Neymar Pelenin dəfn mərasimində iştirak etməyəcək.

Aut.az xəbər verir ki, buna görə də, onu vətənində tənqid edirlər.

“Brasil Urgente” proqramının efirində çıxış edən braziliyalı teleaparıcı Xose Luis Datenan Neymar haqqında belə deyib:

“Neymar PSJ-yə təzyiq etsəydi, gələ bilərdi. O, PSJ-yə asanlıqla təzyiq göstərə bilərdi. Neymar, artıq bir neçə dəfə kluba gecə ziyafətlərinə getmək üçün təzyiq edib, bəs niyə Pele ilə vidalaşmaq üçün bunu etmədi?

Neymar Pelenin tabutu önündə özünü göstərib sağollaşmağa borclu idi. Bu, öz mənşəyini və öz tarixini unudan personajları nəzərə alsaq, Braziliya futbolunun imicini bərpa etmək üçün çox yaxşı obraz olardı”.

 

Exit mobile version