AUT.AZ

Şok: Bu klub Messinin adı yazılmış formaların satışına başlad – Foto  

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu arxasında Lionel Messinin adı olan futbol formalarını satmağa başlayıb.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə “Əl-Hilal” fan-şopundan fotolar yayılıb ki, bu da futbol ictimaiyyəti arasında böyük rezonans doğurub.

Yəqin ki, Səudiyyə klubunun belə bir hərəkəti Kriştiano Ronaldoya görə edilən trolluqdur. Bir neçə gün  əvvəl portuqal futbolçu “Əl-Hilal”ın daxili arenada əsas rəqibi olan “Əl-Nəsr”ə keçib.

Bununla belə, bir sıra ərəb mediası yazır ki, Messinin köynəklərinin satışı heç də PR kampaniyası deyil, argentinalı ilə müqavilə imzalamaq üçün real strategiyanın tərkib hissəsidir.

Aut.az

Exit mobile version