AUT.AZ

İranda həbs – Qadınların olduğu şənlikdə…

İranda daha bir neçə futbolçu həbs edilib.

Aut.az “Tasnim RMC Sport”-a istinadən xəbər verir ki, futbolçular şənbə günü həbs olunublar.

Molla rejimi iddia edir ki, onlar qadınların olduğu qadınların olduğu Yeni il gecəsində içki içiblər.

“Futbolçular, eləcə də Tehranın böyük futbol klublarından birinin keçmiş oyunçuları ötən gecə Dəmavənd şəhərində qarışıq şənlikdə həbs ediliblər”, – məlumatda bildirilir.

Bəzi futbolçuların “spirtli içki qəbul etdikdən sonra adekvat vəziyyətdə olmadığı” qeyd edilir. İran qanunlarına görə, spirtli içkilərin istehlakı və satışı qadağandır.

Aut.az

Exit mobile version