AUT.AZ

Gedir, yoxsa qalır? – Qərar verdi

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç karyerası ilə bağlı qəti qərar verib.

Aut.az xəbər verir ki, Monteneqro yığmasının da formasını geyinən cinah oyunçusu Azərbaycanı tərk etməyəcək.

2021-ci ildən ölkəmizdə legioner həyatı Marko yeni təklifləri geri çevirib.

O, Xorvatiyadan «Dinamo» (Zaqreb) və Serbiyadan «Srvena Zvezda»nın dəvətinə «yox» cavab verdiyi barədə klub rəsmilərini məlumatlandırıb.

Veşoviç daha 2 il “Qarabağ” formasını geyinmək fikrinin qəti olduğunu söyləyib.

Exit mobile version