AUT.AZ

Bu nə işdir? – Ronaldo MY-in rəsmi təqvimində – Foto

“Mançester Yunayted” 2023-cü il üçün təqvim buraxıb.

Aut.az xəbər verir ki, təqvimdə Kriştiano Ronaldo da yer alıb.Klubun 2023-cü ilin yanvar ayı üçün rəsmi təqvimində Ronaldonun üç şəkli var.

Xatırladaq ki, hücumçu ilə “Mançester Yunayted” arasındakı müqaviləyə hələ noyabr ayında xitam verilib.

Bu, Pirs Morqanla qalmaqallı müsahibədən sonra baş verib. Bir neçə gün əvvəl isə Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə bağlayıb.

Bəs MY-in təqvimində Kriştiano Ronaldonun şəkli necə yer alıb? Bu, qeyri-peşəkarlıqdır, yoxsa növbəti “oyun”?

Exit mobile version