AUT.AZ

“Əl-Nəsr”in baş məşqçisi – Messini istəyirdim

“Əl-Nəsr”ın baş məşqçisi Rudi Qarsiya Kriştiano Ronaldonun keçidi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Qarsiya  “Qızıl top”un 5 qat sahibinin transferi ilə bağlı təşkil olunan mətbuat konfransında zarafatyana açıqlaması ilə diqqəti çəkib:

“İlk növbədə, Messinin Dohadan komandaya gətirilməsini istəyirdim”.

Ronaldo “Əl-Nəsr”lə 2,5 illik müqavilə bağlayıb. Onun illik gəlirinin 200 milyon dollar olacağı bildirilir.

Exit mobile version