AUT.AZ

Son ana qədər ümid edirmiş ki…

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Kriştiano Ronaldo son ana qədər “Real”dan təklif alacağına ümid edirmiş.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.

Mənbənin məlumatına görə, 37 yaşlı portuqaliyalı formada qalmaq üçün komandanın Valdebebasdakı bazasına qayıdan zaman mümkün əməkdaşlıqla bağlı klub rəhbərliyindən zəng gözləyirmiş.

Eyni zamanda qeyd olunur ki, forvard özü də yüksək Avropa səviyyəsinə qayıtmaq şanslarının az olduğunu anlayıb.

Ronaldo son qərarı, “Əl-Nəsr” hücumçu ilə müqavilə bağlamaq üçün daxili kadr problemlərini həll edə bildikdən sonra verib.

Aut.az

 

Exit mobile version